05 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Çempionlar Liqasında İngiltərə hegemonluğu

14.03.2019

"Liverpul"un Çempionlar Liqasında səfərdə "Bavariya"nı 3:1 hesabı ilə məğlub edərək, növbəti mərhələyə yüksəlməsi ilə 1/4 finala vəsiqə qazanan İngiltərə klublarının sayı 4-ə çatıb.
"Dövran Media" xəbər verir ki, buna qədər "Tottenhem", "Mançester Yunayted" və "Mançester Siti" adını ən güclü 8-lik arasına yazdırmağı bacarıb. İngilislər bu göstərici ilə 2008-2009 mövsümündəki rekordu təkrarlayıblar. Həmin vaxt Romada keçirilən final oyununda "Mançester Yunayted"i məğlub edən "Barselona" turnirin qalibi olmuşdu.
Qeyd edək ki, 1/4 finalda 4 ingilis klubu ilə yanaşı, İtaliya ("Yuventus"), İspaniya ("Barselona"), Portuqaliya ("Portu") və Hollandiyadan ("Ayaks") bir komanda yer alır. Bu mərhələdə Almaniya və Fransa kimi böyük beşlik çempionatları isə heç bir klubla təmsil olunmayacaq.