05 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Vyana dünyada ən yaşamalı şəhərdi

13.03.2019


Avstriyanın paytaxtı Vyana şəhəri onuncu dəfə "dünyanın ən yaşamalı şəhəri” seçilib.
İnsan resursları üzrə beynəlxalq konsaltinq mərkəzi olan "Mercer” tərəfindən tərtib edilən ümumdünya reytinqində şəhərlər həyat keyfiyyəti standartlarına görə sıralanırlar. Builki dünya şəhərlərinin yeni siyahısında ilk onluqda yenə də Avropa şəhərləri üstünlük təşkil edir. Həmin siyahıda Sürix 2-ci yeri tutub, Almaniyanın Münxen, Kanadanın Vankuver və Yeni Zelandiyanın Oklend şəhərləri 3-cü yeri bölüşdürüblər.

Builki renkinqdə ilk onluqda yenə Avropa şəhərləri üstünlük təşkil ediblər: Düsseldorf (6), Frankfurt am Mayn (7), Kopenhaqen (8), Cenevrə (9) və Bazel (10).

21-ci dəfə dünyanın 231 şəhərinin qiymətləndirilməsi əsasında tərtib edilmiş həmin siyahıda şəhərlərin təklif etdiyi ictimai xidmətlər, tibbi və təhsil imkanları, infrastruktur və nəqliyyat, ekoloji durum və yaşıllıqlar, sosial-mədəni tədbirlər nəzərə alınıb. Eləcə də hər bir şəhərdə kriminogen vəziyyət, ölkədəki sosial-siyasi inkişafın şəhərə təsiri də qiymətləndirmədə mühüm rola malik olub. Qiymətləndirmə dünyanın müxtəlif şəhərlərində beynəlxalq təşkilatlarda çalışan və ya uzunmüddətli ezamiyyətlərdə olan işçilər arasında aparılan sorğu əsasında tərtib edilir.

Həyat keyfiyyəti araşdırmasında sonuncu yerdə son illərdə olduğu kimi yenə də İraqın paytaxtı Bağdad şəhəri dayanır.