28 04 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bunları bilməliyik - İtburnu

13.03.2019

İtburnu (lat. Rosa) — gülçiçəklilər (Rosaceae) fəsiləsindən bitki cinsi.
Bu cinsin 300 növündən Azərbaycanda 42 növ itburnu rast gəlinir ki, bunların 36-ı yabanıdır. Sənaye üçün 2 növ daha əhəmiyyətlidir. Bunlar qəhvəyi və qırışıq itburnulardır.
Qəhvəyi itburnu kol halında 2 m-ə qədər hündürlükdə bitir. 20-25 il ömrü olur. Hər koldan 1-3 kq, 1 hektardan isə 700-1000 kq meyvə almaq mümkündür.
Çiçəkləri açıq və tünd çəhrayı rəngdə olmaqla ətirlidir. Meyvəsi avqust-sentyabrda yetişir. Vitamin C yetişmə müddətində artır. Ona görə də yetişmiş meyvələr dərilməlidir. Şaxtalar düşənədək itburnu yığılmalıdır. Çünki şaxta vurduqda C vitamini azalır.
Yığılmış meyvələr 5 sm qalınlığında sərilir və 2 gündən çox olmayaraq saxlanılır. Sonra zədəli və kal meyvələr seçilir. 80-1000°temperaturda qurudulur və yenidən xarab olmuşlar təmizlənir. Beləliklə, əldə edilmiş quru itburnu müvafiq şəraitdə 2 ilə qədər saxlanıla bilər.
C vitamininin miqdarına (5-7%, bəzən 14%) görə 1-ci yer tutur. Qırışıq itburnu qəhvəyi itburnuya nisbətən Azərbaycanda azdır. Lakin bunun məhsuldarlığı daha yüksəkdir. Hər koldan 3-4 kq, 1 hektardan isə 3 tona qədər məhsul yığılır. Meyvəsi 6-16 qr-dır. İtburnu may-iyunda çiçəkləyir. İtburnuda C vitamini birinci dəfə 1931-ci ildə tapılmışdır. Lakin bundan çox əvvəl Rusiyada itburnu dişlərin dibindən qan axmaya, yəni C-avitaminoza qarşı tətbiq edilirdi. İtburnu əbəs yerə vitamin daxılı adlandırılmamışdır. Onun tərkibində C vitamini ilə yanaşı 48-50 mkq% B1, 30-73 mkq% B2, 1,5-9,7% P, 0,1 mq% K, 0,69-2,4 mq% E (toxum yağında 300 mq%), 5-20,7 mq% karotin (provitamin A) və 0,1-0,19 mq% Bc vitamini (fol turşusu) vardır. Vitaminlərdən başqa itburnuda 18%-ə qədər şəkər, 3,7% pektinli maddə, 1,25-2,5% üzvi turşu (alma turşusuna görə), 4,2% pentozanlar, rəngləyici maddələr və 4,5% mineral maddələr vardır.
Bədən müqavimətini artırar. Bədənə və gözlərə qüvvət verər. Qan dövranını sürətləndirər və qanı təmizləyər. Bağırsaqları yumşaldan və həzmi asanlaşdıran itburnu yaxşı bir sidik sökdürücü olaraq qəbizlikdə faydalıdır. İshalı kəsər. Bədəndəki tullantı maddələrin bədəndən uzaqlaşdırılmasına köməkçi olar. Bağırsaq qurdlarını salar. Xərçəngə qarşı qoruyucudur. Revmatizm şikayətlərini və ağrılarını yüngülləşdirər. Qandakı insilin miqdarını nizamlamağa köməkçi olduğundan şəkər xəstələrinə çox yaxşı gəlir. Selülitin meydana gəlməsinə mane olar. Basil narahatlığı olanlara da faydalıdır.
Daha çox itburnu çayı hazırlanaraq istifadə edilir. İtburnundan ayrıca cem, meyvə şirəsi, körpələr üçün sıyıq və yağ da əldə edilməkdədir. İtburnunun qurudulan yarpaqları qaynadılıb soyuduqdan sonra suyu süzülərək qırışmış cildlərə qoyulsa faydası görülər. İtburnu tumundan əldə edilən itburnu yağı dəri hüceyrələrini yeniləyici, dərini qoruyucu, qırışları aradan qaldırıcı və qocalmağı gecikdirici xüsusiyyətləri ilə kosmetik sahəsində sıxlıqla istifadə edilməkdədir.
Ev şəraitində itburnu dəmləmək üçün bir xörək qaşığı itburnu (20 qr) bir stəkan su ilə şüşə və ya emallı ağzı örtük qabda 10 dəq qaynadırlar. Ağzını açmadan bir sutka saxlayıb, sonra ikiqat tənzifdən süzür və gündə iki dəfə bir və ya yarım stəkan içirlər. Dadını yaxşılaşdırmaq üçün şəkər və ya şərbət qatmaq olar. 1-3 yaşında uşaqlara 1/4 stəkan, 3-7 yaşındakılara isə yarım stəkan vermək olar. İtburnudan kompot, kisel və yarı bölüb toxumlardan təmizlədikdən sonra mürəbbə hazırlamaq olar. Onu təzə halda da yeyirlər. Sənayedə itburnudan poroşok, tabletka və şərbət hazırlayırlar. Sarılığa qarşı və ödqovucu kimi tətbiq edilən "Xolosas", əsasən itburnu meyvəsindən hazırlanır. İtburnu xalq təbabətində qədimdən istifadə edilir. İtburnu soyuqdəyməyə, böyrək və qaraciyər xəstəliklərində, öd və sidikqovucu kimi tətbiq edilir. İtburnu çiçəyindən dəmlənmiş çay qızdırmaya qarşı təsiredici vasitədir.
İtburnu meyvəsinin belə qiymətli olduğunu nəzərə alıb, onun toplanmasına və gündəlik qidada istifadə edilməsinə fikir verilməlidir