27 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Onları unutmayaq - Nurəddin Babayev

13.03.2019

Nurəddin Həsən oğlu Babayev (1921-1991) — Azərbaycanın görkəmli yazıçı-jurnalisti, alim, professor, publisist, Azərbaycanda Jurnalistika fakültəsinin əsas yaradıcılarından biri, yaşadığı dövrün incəsənət xadimləri sırasında uca zirvə tutmuş sənətkar. Nurəddin Babayev Azərbaycan Yazıçilar İttifaqının üzvü, oçerk və publisistika şurasının sədri, 1954-cü ildən SSRİ yazıçılar ittifaqının üzvü, oçerk və publisistika şurasının üzvü, Jurnalistlər ittifaqının üzvü və idarə heyətinin katibi, Əməkdar incəsənət xadimi, Əmək və müharibə veteranı, onlarla mükafatlar laureatıdır.

Nurəddin Babayev 1921-ci il mart ayının 23-də Gəncə şəhərində anadan olmuşdur. Ziyalı ailəsində böyümüşdür (Atası - Həsən Babayev, Anası - Zəhra xanım Babayeva). Onun böyük əmisi Çar ordusunun generalı olmuşdur. Nurəddin müəllim uşaq yaşlarından Bakı şəhərinə köçmüş, hələ məktəb vaxtlarından istedadlı, məqsədəyönlü və iradəli gənc kimi həm müəllimlərinin, həm də yaşıdlarının hörmət və diqqətini qazanmış Nurəddin Babayev orta məktəbi yüksək nəticələrlə bitirmişdir. Ailənin yaxın dostu kimi Əhməd Cavadı misal göstərə bilərik. Nurəddin Babayevin ilk yaradıcıllıq fəalyyətində dahi şairimizin rolu böyük olmuşdur.
Dövrünün ən savadlı və gözəl qadınlarından olan Quliyeva Azərtac xanımla ailə həyatı qurmuşdur. Böyük Vətən müharibəsində ön cəbhələrdə vuruşmuş, ağır yaralanmış və baş leytenant rütbəsi ilə Bakıya qayıtmışdır. ADU-nun(indiki BDU-nun)filologiya fakultəsinə daxil olmuşdur. Nurəddin Babayevə o dövrün məşhur ədibləri, mütəfəkkirləri dərs demişdir. Bu dahi pedaqoqlardan Mir Cəlal Paşayev, Cəfər Xəndan, Həmid Araslı, Muxtar Hüseynzadə, Abbas Zamanov və s-nin Nurəddin müəllimin həyatında rolu olduqca güclü idi. Hətta zaman keçdikcə bu tələbə-müəllim münasibətləri çox dərin, gözəl ailəvi dostluq münasibətlərinə çevrilmişdir. Əlbəttə ki, bütün bunlar Nurəddin Babayevin həyatında fundamental rol oynayırdı.
Nurəddin müəllimin yaxın dost və silahdaşları Mir Cəlal Paşayev, Aslan Aslanov, Nəsir İmanquliyev, Şıxəli Qurbanov, Bəxtiyar Vahabzadə, Qulu Xəlilov, Famil Mehdi və s. dahi yazıçı, pedaqoq, mütəfəkkirlər olmuşdur. Sözsüz ki, bu dostluq Nurəddin Babayevin yaradıcılığında öz güclü əksini tapıb, bu misilsiz, gözəl yaradıcılığı daha da dolğun və mənalı edir. Eyni zamanda Nurəddin Babayevin dostları arasında gürkəmli dövlət xadimləri Tofiq Bağırov, Rafiq Əsgərov, Kamal Bədəlov, Sabir Qasımov və s. olmuşdur.
1943-45-ci illərdə "Kommunist" qəzeti redaksiyasında şöbə müdiri, "Azərbaycan müəllimi" qəzetində redaktor müavini, 1953-cü ildən isə "Uşaqgəncnəşirdə" baş redaktor və eyni zamanda olduqca geniş və məhsuldar müəllimlik fəaliyyəti ilə məşğul olmuşdur.
Azərbaycanda jurnalistika fakultetinin olmaması (1928-ci ildən filologiya fakultəsi nəznində jurnalistika şöbəsi fəaliyyət göstərirdi) o dövr yetişən gənc nəsil jurnalistlər üçün çərçivələr yaradırdı. Nəhayət ki, 1969-cu ildə alim,yazıçılarımız və Nurəddin Babayevin səyləri başda olmaqla universitetdə "Jurnalisitika" fakultəsi yaradıldı. Eyni zamanda Jurnalistlər ittifaqının təşkilində Nurəddin müəllimin rolu olduqca böyük və məhsuldar olmuşdur.
Dəfələrlə müxtəlif elmi, mədəni, ictimai işlər və proyektlər ilə əlaqədar Fransa, Kuba, Bolqarıstan, Finladiya, SSRİ respublikalarında və s. ölkələrdə olmuşdur. Eyni zamanda bu ölkələrdə də məqalə və əsərləri çap olunmuşdur. Ömrünün sonuna qədər öz misilsiz pedaqoqik, jurnalistika, yazıçılıq məharəti və təcrübəsi ilə tələbələri ilə bölüşür, onların elmi, mədəni sahədə möhkəmlənməsinə şərait yaratmış və dövrünün əsərləri, məqalələri ən çox çap olunan yazıçısı olmuşdur.
1991-ci il sentyabr ayının 25-i dahi pedaqoq, jurnalist və yazıçı Nurəddin Babayev uzun sürən xəstəlikdən sonra vəfat etdi. Sentyabr ayının 27-si onlarla məşhurlarımız və görkəmli yazıçının ailə və qohumlarının iştirakı ilə BDU-da keçirilən vidalaşma mərasimdən sonra 2 Fəxri Xiyabanda torpağa tapşırıldı.
Ədəbi yaradıcılığı[redaktə | əsas redaktə]
Nurəddin Babayevin yaradıcılığı olduqca çoxşaxəli xarakter daşıyır. Nurəddin müəllimin bir sıra əsərləri rus, alman, ingilis, fransız, ispan, polyak, bolqar, macar və s. dillərə tərcümə olunmuşdur. Ədəbi fəaliyyətə 1939-cu ildə başlamış, bundan sonra məqalə, oçerk və hekayələri tez-tez müxtəlif qəzetlərdə dərc edilirdi."Əbədi qəhrəmanlıq" adlı ilk kitabı 1945-ci ildə çap olunmuşdur. Onun ədəbi yaradıcılığında gənclərin təlim-tərbiyəsinə həsr edilmiş əsərləri xüsusilə diqqətə layiq olub, çox qiymətlidir. Nurəddin Babayevin bu kitabları gənclər üçün stolüstü kitab olmaqla yanaşı hər bir zaman, hər bir gənc üçün tərbiyəvi, əxlaqi nəsihətlərlə, vacib və əvəz olunmaz əsl həyat təcrübəsi ilə zəngin xəzinələrdir. Bu əsərlərdən "Oğluma məktublar", "Qızlar söz istəyir", "Qızlar,sözüm sizədir", "İşıq və məhəbbət", "Ürəklər bir olanda" xüsusi diqqətə layiq olub gənc nəsil üçün çox dəyərlidir. "Oğluma məktublar" ("Qızıl qələm mükafatı") əsərində olduqca səmimi və nümunəvi ata-oğul münasibətlərini görə bilərik. Bu əsər Bolqarıstanda "Ədəbiyyat" dərsliyinə daxil edilmişdir. Nurəddin müəllimin bu qəbildən əsrləri böyük məna ilə dolğun olub və saf milli tərbiyəvi ruhda yazılmışdır. Nurəddin Babayev "Biz Azərbaycandanıq", "Ürəyimdə sözüm var", "İzləri itirmirik" kitablarında isə sadə və səmimi insan həyatlarından bəhs edib insan həyatının keşməkeşlərlə dolu olduğu haqda yazır və bu kitablarda məhz ağır həyat anlarında insanın layiqli qərarlar vermək, başını uca tutmaq, vətənə, ailəyə sadiq olmaq kimi məsələlərə toxunur.
Moskvada böyük tirajla çap olunan "Звезды не гаснут" ("Ulduzlar Sönmür") və "На дорогах жизни" ("Ömür Yollarında") əsərləri geniş oxucu kütləsi tərəfindən alqışla və müəllif şəxsiyyətinə böyük rəğbətlə qarşılandı. Nurəddin müəllimin kitablari daima xalqımızın sevimli əsərlərindən olub, ictimayətimizə olduqca güclü və müsbət təsir göstərib.