28 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

ABŞ-ın Vətəndaşlıq və Miqrasiya Xidməti bir neçə nümayəndəliyini bağlayacaq

13.03.2019

ABŞ-ın Vətəndaşlıq və Miqrasiya Xidməti özünün ölkə xaricindəki mövcudluğunu əhəmiyyətli dərəcədə azaltmaq planlarını bəyan edib.
Amerika KİV-lərinin yaydığı məlumata görə, agentlik qaçqınlar və beynəlxalq əməliyyat məsələləri üzrə şöbənin xarici nümayəndəliklərini bağlamaq qərarına gəlib. Ofislərin bağlanması gələn il ərzində həyata keçiriləcək. Qeyd olunur ki, agentlik tərəfindən yerinə yetirilən bəzi əməliyyatlar Dövlət Departamentinə ötürüləcək.
ABŞ-ın Vətəndaşlıq və Miqrasiya Xidmətinin direktoru Li Frensis Sissna bütün əməkdaşlara bildiriş göndərib ki, agentlik beynəlxalq işçi yükünün böyük hissəsinin daxildə işlənilməsini ABŞ-ın xaricdə olan səfirlik və konsulluqlarına həvalə etməyə hazırlaşır. Vətəndaşlıq və Miqrasiya Xidmətinin xarici nümayəndəliyi olmadığı yerlərdə Dövlət Departamenti artıq miqrasiya qurumunun bəzi vəzifələrini yerinə yetirir. Məsələn, bəzi səfirliklər ABŞ-ın daimi sakinlərinə itirdikləri "qrin-kartlar”ı yenidən verirlər.