28 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Rüşvətə görə 30 nəfərə cinayət işi açılıb

13.03.2019

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin KİV nümayəndələri üçün Şəkidə təşkil etdiyi 3 günlük "Gömrük islahatları: şəffaf gömrük, asan və sürətli” mövzusunda təlimi start götürüb.
"Dövran Media" xəbər verir ki, təlimi giriş sözü ilə açan Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin rəisi general-mayor Mirqasım Vahabov son bir ildə bu sahədə aparılan islahatların Prezident İlham Əliyevin apardığı uğurlu siyasətin tərkib hissəsi olduğunu deyib:
"Gömrükdə bir çox dəyişikliklər baş verir. Bu dəyişikliklər iqtisadiyyatımızın inkişafına istiqamətlənib. Son bir ildə korrupsiyada adı hallan 30-a yaxın əməkdaşımıza cinayət işi açılıb.
Gömrük əməkdaşları üçün müxtəlif təlimlər təşkil edilir. Qanuna uyğun olaraq, ticarətin asanlaşdırılması üçün islahatlar keçirilir. Bununla yanaşı, yeni yaradılan biznes subyektləri üçün daha əlverişli şərait yaradılıb”.