28 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Magistraturaya qəbul olmaq istəyənlərə şans verildi

13.03.2019

Ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının birinci mərhələsindəki nəticəsi həmin mərhələ üzrə minimal bal tələbini ödəyən, lakin fənlər üzrə minimal bal tələbini ödəməyən bakalavrlara imtahanın ikinci mərhələsində iştirak etmək imkanı veriləcək.
Bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) məlumatında deyilir.
DİM həmin bakalavrların nəzərinə çatdırır ki, imtahanın II mərhələsində onlar dövlət sifarişli yerlər üçün həmin mərhələnin nəticəsinə və iki mərhələ üzrə ümumi bala qoyulan minimal tələbləri ödəsələr belə, müsabiqə zamanı yalnız ödənişli əsaslarla olan ixtisaslaşmaları seçə biləcəklər.
Bildirilir ki, 40-66 intervalında (toplanıla biləcək maksimal bal 100 baldır) bal toplayan 414 (30 - 66 intervalında bal toplayan 1058) bakalavr birinci mərhələnin nəticəsinə qoyulan minimal bal tələbini ödəsə də, hansısa imtahan fənni üzrə tələb olunan minimal balı toplaya bilməyib: 
"Onlardan bir çoxu Dövlət İmtahan Mərkəzinə ərizə ilə müraciət edərək imtahanın II mərhələsinə buraxılmalarını xahiş ediblər. I mərhələdəki nəticələri bu mərhələ üzrə minimal bal tələbini ödəyən, lakin fənlər üzrə minimal bal tələbini ödəməyən bakalavrların imtahanın ikinci mərhələsinə buraxılmaları barədə qərar qəbul olunub”.