28 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

31 silahlı öldürülüb

12.03.2019

Əfqanıstanın təhlükəsizlik qüvvələrinin bəyanatında bildirilir ki, son sutka ərzində keçirilən hərbi əməliyyatlar nəticəsində "Taliban” hərəkatının 31 silahlısı öldürülüb.
Anadolu agentliyi xəbər verir ki, Qətərin paytaxtı Dohada ABŞ və "Taliban” arasında sülh danışıqlarının davam etdiyi bir vaxtda Əfqanıstanda hökumət gücləri ilə hərəkatın silahlı qruplaşmaları arasında döyüşlər daha da şiddətlənib. Ölkənin Müdafiə Nazirliyinin məlumatına görə, müxtəlif bölgələrdə 76 hərbi əməliyyat və son 24 saat ərzində hərbi təyyarələrin 78 uçuşu həyata keçirilib. Əməliyyatlar Kunar, Xost, Oruzqan, Badğiş, Bəlx və Helmənd vilayətlərində aparılıb. Onların nəticəsində 31 "Taliban” silahlısı öldürülüb, 19 nəfər yaralanıb. Ordu mənbələri qeyd ediblər ki, bu əməliyyat "Taliban”ın Türkmənistanla sərhəd bölgədə Əfqan Milli Ordusunun 20 əsgərini öldürməsi, daha 30 hərbçini isə girov götürməsindən sonra təşkil olunub.
"Taliban”ın sözçüsü Zəbihullah Mücahed isə Əfqanıstan ordusunun 57 əsgərinin öldürüldüyü, 12-sinin yaralandığı və 9 hərbçinin girov götürüldüyü barədə məlumat yayıb.