19 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024
14/03/2024

AZAL dünyanın imtina etdiyi təyyarələri alır? - AÇIQLAMA

12.03.2019

Efiopiya Hava Yollarına məxsus təyyarədə 157 nəfərin ölümü ilə nəticələnən qəzasının ardından bəzi ölkələr və şirkətlər Boinq-737-nin istifadəsinə qadağa qoyub. Yada salaq ki, ötən il İndoneziyada 189 nəfərin ölümünə səbəb olan qəzaya da Boinq-737 təyyarəsi düşmüşdü.
ABŞ Federal Hava Yolları İdarəsi isə "Boinq”in bu modellərində yenilənmələrin həyata keçiriləcəyini açıqlayıb. Belə anlaşılır ki, bu model təyyarələrdə nöqsanlar qeydə alınıb və bu səbəbdən də yenilənməyə ehtiyac duyulur.
Maraqlısı isə ondadır ki, ötən il Azərbaycan Hava Yolları QSC-nin prezidenti Cahangir Əsgərov AZAL-ın dəvəti ilə Bakıya gələn ABŞ-ın "Boeing Commerical Airplanes” şirkətinin prezidenti və baş icraçı direktoru Kevin Makalisterlə görüşü zamanı 2018-ci ildən Azərbaycana "Boinq 737 MAX” təyyarələrinin gətirilməsinə başlanılacağını bildirmişdi. Hətta bunun üçün saziş də imzalanmışdı.
"Yaxın vaxtlarda AZAL-ın sərnişinləri daha bir yeni nəsil avialaynerdə səyahət edə biləcəklər. Belə ki, "Boinq” korporasiyası ilə imzalanmış sazişə əsasən, bu ildən (2018) Azərbaycana "Boinq 737 MAX” təyyarələrinin gətirilməsinə başlanılacaq. 2020-ci ilin sonuna qədər isə onların sayı 10-a çatdırılacaq”, - C.Əsgərov açıqlamışdı.
Son hadisələr bu müqavilənin ləğvini gündəmə gətirə bilərmi?
Məsələ ilə bağlı açıqlama verən AZAL-ın mətbuat katibi Paşa Kəsəmənski bildirib ki, hazırda Azərbaycanda "Boinq 737 MAX” təyyarələri yoxdur:
"Bəli, belə bir məlumat var idi. Gətiriləcəkdi, ancaq gətirilmədi. Hazırda da ölkədə bu təyyarələrdən yoxdur, gətirilməyib, istifadə edilmir. Nə vaxtsa gətiriləcəyi barədə isə məlumatsızam”.