09 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Türkiyə PKK-ya 2 milyardlıq ZƏRBƏ VURUB

14.03.2018

Türkiyənin Afrində keçirdiyi "Zeytun budağı” əməliyyatı ilə PKK-nın maliyyə mənbələrinə 2 milyard dollardan çox ziyan vurulub.
"Dövran Media"xəbər verir ki, bu barədə Suriya İqtisadiyyat Forumunun sədri Təmam əl-Barudi danışıb.
Əl-Barudi PKK-nın Afrində narkotik maddə, yanacaq, xərac toplamaq, insan alveri kimi sahələrdən ildə təxminən 2 milyard dollar gəlir eldə etdiyini bildirib.
"Suriyada ümumilikdə 67 milyon zeytun ağacı var ki, bunun da 18 milyonu Afrin ərazisindədir. PKK işğal etdiyi ərazilərdəki 250 zeytun yağı fabrikindən və digər müəssisələrdən əldə etdiyi gəlirin təxminən 40 faizini Qəndilə göndərirdi. Afrində il ərzində 270 min ton zeytun yağı istehsal edilir. PKK bundan əlavə 10 sabun fabriki, 35 geyim atelyesi, 22 un fabriki, kömür, içki, süd, süd məhsulları, küncüt, neftayırma, su doldurma məntəqələri və mərmər yataqlarını ələ keçirib.
PKK Afrini "narkotik paytaxtına” çevirmişdi. Gəlirinin 60 faizindən çoxu narkotik maddə və insan alveri hesabına formalaşır”, - Əl-Barudi bildirib.