25 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Koreya liderinin qardaşını öldürənlər - Azadlıqda

11.03.2019

Şimali Koreya lideri Kin Çen İnin ögey qardaşı Kim Yonqu öldürməkdə ittiham olunan İndoneziya vətəndaşı Siti Aisyah azadlığa buraxılıb.
"Dövran Media" xatırladır ki, Asiyah 2017-ci ildə Malayziya paytaxtında hava limanında Kim Yonqun üzünə qaz sürtməkdə günahkar sayılırdı.
Eyni ittihamla saxlanılan vyetnamlı Doan Hounq bu iddiaları rədd etmişdi.
Prokurorluq heç bir səbəb göstərmədən ittihamları geri çəkib. Bundan sonra Siti Aisyah azadlığa buraxılıb.
Aisyah məhkəmədə bildirib ki, özünü xoşbəxt sayır və azadlığa buraxılacağını bilmirmiş.
Qeyd edək ki, Şimali Koreya liderinin ögey qardaşı Kim Yonqa 2017-ci ilin 13 fevralında iki xanım yaxınlaşıb. Təhlükəsizlik kameralarının qeydlərinə görə, qadınlar əllərini Kimin üzünə sürtdükdən sonra ərazidən uzaqlaşıblar. Bu hadisədən sonra Şimakli Koreya liderinin qardaşı vəfat edib.