27 04 2024-cu il Bakı 23 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ordumuzun 10 minlik heyəti savaş üçün toplandı

11.03.2019

Ordunun təlimləri ərazi bütövlüyümüzün təmin edilməsində hərb variantının ön plana çıxdığına işarədir.
Bu sözləri açıqlamasında sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. O bildirib ki, bundan sonrakı məsələləri Paşinyan və onun komandası düşünsün:
"Budəfəki təlimlər hücum xarakteri daşıyır. Həmin təlimlərə ordunun bütün qoşun növləri cəlb olunub və kompleks şəkildə hərbi təlimlərin keçirilməsi nəzərdə tutulur. Məqsəd heç kimə sirr deyil. Azərbaycan tərəfi danışıqlar prosesindən ciddi nəticələr gözləmir. Danışıqlar prosesi ətrafında Paşinyan və onun komandasının yaratdığı qeyri-konstruktiv mühit Azərbaycan tərəfinin danışıqların gələcəyi ilə bağlı tam ümidsizliyə düşməsinə səbəb olub. Ordunun döyüş əməliyyatlarına hazırlanması, münaqişənin hərb yolu ilə həll edilməsi variantı bu gün gündəmdə duran əsas məsələdir. Paşinyan məxməri inqilab nəticəsində hakimiyyətə gəldiyi vaxtda müəyyən mərkəzlərin də təsiri ilə Azərbaycan Ermənistanda seçkilərin keçirilməsi, Paşinyanın hakimiyyətinin möhkəmləndirilməsi üçün düşmən dövlətə pauza verdi. Belə bir ümid var idi ki, Paşinyan hakimiyyətini möhkəmləndirəndən sonra onunla normal danışıqlar aparılacaq. Hətta danışıqlarda Paşinyanın beynəlxalq hüquq normalarına uyğun hərəkət edəcəyi ilə bağlı müəyyən fikirlər də səslənirdi. Amma bu ümidlər özünü doğrultmadı. Paşinyan özündən əvvəlki prezidentlərdən daha radikal, eyni zamanda məntiqsiz və sərsəm fikirlər səsləndirməyə başladı. Hətta onun hakimiyyətə gəlişindən sonra Ermənistan Müdafiə naziri David Tonoyan Ermənistan ordusunu yenidən quraraq, hücum taktikası üzərində formalaşdıracaqlarını açıqlamışdı. Bu, açıq-aşkar Azərbaycan tərəfinə psixoloji təhdid xarakteri daşıyır”.
Politoloq vurğulayıb ki, ATƏT-in Minsk Qrupunun son bəyanatı ilə onların Ermənistan tərəfinin mövqeyini təmin etmədikləri bir daha ortaya çıxdı:
"Həmsədrlərin yaydığı bəyanatda danışıqların formatının dəyişməyəcəyi bir daha qeyd olundu. Bu da göstərir ki, Paşinyanın qondarma rejimi danışıqlar prosesinə qoşmaqla bağlı ideyası qəbuledilməzdir. Həmsədrlər müharibənin qarşısını almaq, danışıqlar stolu ətrafında tərəfləri əyləşdirmək istəyir. Amma bizim danışıqlardan nə isə nəticə çıxacağına ümidimiz azdır. Ona görə də ordu bu təlimlərə başlayıb”.
Qeyd edək ki, bu gün - martın 11-dən 15-dək Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələrinin genişmiqyaslı təlimi başlayıb. Nazirlikdən verilən məlumata görə, təlimlərə 10 min nəfərədək şəxsi heyət, 500-dək tank, zirehli texnika, eləcə də avtomobil və xüsusi texnika, 300-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 20-dək müxtəlif təyinatlı ordu və cəbhə aviasiyası cəlb olunacaq./axar.az/