08 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Kim nə deyir desin, Nizami Gəncəvi Azərbaycan türküdür - Binəli Yıldırım

14.03.2018

Bunu Türkiyənin Baş naziri Binəli Yıldırım Milli Məclisdə parlament sədri Oqtay Əsədovla keçirdiyi görüş zamanı deyib.
"Nizami Gəncəvi Azərbaycan türküdür və Gəncədə doğulub. Belə bir dahi şəxsin adına beynəlxalq tədbirin təşkil olunmasını alqışlayıram. Ona görə də bu tədbirdə iştirak etmək istədim”, - deyə baş nazir vurğulayıb.
Baş nazir qeyd edib ki, güclü Türkiyə və güclü Azərbaycan bölgənin təhlükəsizliyinin təminatçısı olacaq:
"Azərbaycanın Dağlıq Qarabağ məsələsi, təəssüf ki, qanayan bir yaradır. Bunun bir zaman düzələcəyinə əminəm. Türkiyə hər zaman Azərbaycanın yanındadır".
Qeyd edək ki, B.Yıldırım VI Qlobal Bakı Forumunda iştirak etmək üçün Azərbaycana səfərə gəlib. Forum Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) təşkilatçılığı ilə keçirilir.
"DM"