02 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Venesuela ordusuna əmr verildi

11.03.2019

Venesuela ordusu ölkənin enerji sistemini qorumaq və bundan sonra baş verə biləcək qəzaların qarşısını almaq üçün havadan müşahidə sistemini işə salıb.
"Dövran Media" xəbər verir ki, bu barədə Venesuelanın Müdafiə naziri Vladimir Padrino Lopes danışıb.
"Venesuelanın Milli Silahlı Qüvvələri bu gün elektrik xətlərinin havadan müşahidə sistemini işə salıb, həmçinin dünəndən etibarən bütün strateji obyektlər fərqli səviyyələrdə fiziki müdafiə, vəziyyətin tənzimlənməsi və istənilən hücumların qarşısının alınması üçün nəzarətə götürülüb”, - nazir deyib.
Qeyd edək ki, Venesuelada elektrik verilişi ölkədəki ən vacib su elektrik stansiyasında yüklənmə ucbatından dayandırılmışdı. Hökumət baş verənlərə görə ABŞ-ı ittiham edib. Belə ki, hökumət rəsmilərinin fikrincə, SES ABŞ-dan təşkil edilən kiberhücumlardan sonra yüklənərək fəaliyyətini dayandırıb.