19 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Paşayeva ilin işgüzar xanımı seçildi

09.03.2019

Millət vəkili Qənirə Paşayeva "İlin İşgüzar Xanımı” mükafatına layiq görülüb.
"Dövran Media" xəbər verir ki, millət vəkili 8 mart Qadınlar Günü münasibəti ilə təşkil olunmuş tədbirdə qanunverici orqanda, Azərbaycanın xaricdə tanıdılmasında, ölkə tarixi, mədəniyyəti və Qarabağ həqiqətlərinin təbliğində fəal rol oynadığına görə mükafatlandırlıb.
Millət vəkili onu bu mükafata layiq gördükləri üçün təşkilatçılara təşəkkürünü bildirib.
Q.Paşayeva qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi və birinci vitse-prezident Mehriban Əliyevanın dəstəyilə Azərbaycanda cəmiyyətin bütün sahələrində qadınların rolu artır.
Deputat qadınlara hər sahədə daha da böyük uğurlar diləyib:
"Hər birimizin və bütün qadınlarımızın ən böyük arzusu odur ki, yaxın zamanlarda Ermənistanın işğalı altında olan torpaqlarımız işğaldan azad edilsin. Mən inanıram ki, o gün uzaqda deyil və biz bir millət və dövlət olaraq Ali Baş Komandanın rəhbərliyi altında işğal altında olan torpaqlarımızı işğaldan azad edəcəyik və inşallah Xankəndində, Xocalıda, Şuşada və bütün o gözəl torpaqlarımızda da bayramları qeyd edəcəyik. Bu istiqamətdə hamımıza yorulmadan çalışmağı, mübarizə aparmağı diləyirəm”.