09 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ərdoğan yeni əməliyyat planını - AÇIQLADI

14.03.2018

"Suriyanın Afrin bölgəsində beton tunelləri kim tikib? PYD/YPG terrorçularının bu sistemli tunelləri tikəcək qədər ağılları yoxdur”.
Bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Türkiyə prezidenti bildirib ki, Afrin bölgəsində həmin tunellər ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın dəstəyi ilə tikilib: "Ancaq o tunellər nəyə yaradı? Afrin şəhər mərkəzində güclü müqavimət göstərəcəyini bəyan edən terrorçular Türkiyə ordusu və müxalif Azad Suriya Ordusu yaxınlaşan zaman qaçmağa başlayıblar. Suriyanın Menbic bölgəsini, Fəratın şərq sahilləri, o cümlədən İraqın şimalını terrorçulardan təmizləyəcəyik. Şimali İraqda PKK terror düşərgələrini tez-tez bombalayırıq. Yaxın vaxtlarda həmin əraziləri də tamamilə terrorçulardan təmizləyəcəyik. Kimsə öz torpaqlarını terrorçulardan təmizləyə bilmirsə, bizdən bu torpaqlarda nə etdiyimizi soruşa bilməz”.
"DM"