29 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

O 865 milyonla ittiham edildi

09.03.2019

Nyu-York Prokurorluğu Özbəkistanın birinci prezidenti İslam Kərimovun böyük qızı Gülnarə Kərimovanı və onun ortağı, "Uzdunrabita” (Rusiyanın MTS Telekommunikasiya Şirkətinin Özbəkistandakı ofisi) Məhdud Məsuliyyətli Cəmiyyətinin keçmiş rəhbəri Behzod Əhmədovu rüşvətxorluqda, həmçinin 865 milyon dolların yuyulmasında ittiham edir.
İttihama görə 2000-ci illərin əvvəllərində Gülnarə Kərimova və Behzod Əhmədov iş birliyi qurublar. Özbəkistan bazarına girmək üçün Rusiyanın "Vımpelkom” və MTS, İsveçin "Telia Companiy AB” telekommunikasiya şirkətləri Gülnarə Kərimova və onun yaxın ətrafına külli miqdarda rüşvət veriblər.
Xatırladaq ki, 2015-ci ildə Gülnarə Kərimova vergidən yayınmaqda və soyğunçuluqda ittiham olunaraq beş il müddətinə azadlıqdan məhrum edilib. Ötən ilin yayında isə ev dustaqlığına buraxılıb. Bu günlərdə Daşkənddə ev dustaqlığından yenidən ümumi rejimli həbsxanaya köçürülüb.