29 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

90-cı illərdən Türkiyəyə təhdid var - Hulusi Akar

08.03.2019

Türkiyə 90-cı illərin əvvəlindən etibarən havadan (raketlərdən) ciddi təhdid altındadır. O günlərdən başlayaraq havadan müdafiə üçün işlər görülməyə başlandı.
"Dövran Media" xəbər verir ki, bu sözləri Türkiyənin Müdafiə naziri Hulusi Akar deyib.
"Suriya böhranının başlanğıcında NATO-ya etdiyimiz müraciətlə Almaniya, ABŞ və Hollandiyanın müdafiə sistemləri gəldi. Hazırda isə havadan müdafiəmizə fayda verən İspaniya və İtaliya var. Biz bunlara mütləq sahib olmalı, tədarük eləməliyik. Bunlar üçün kriteriyalar müəyyən edilib. Bununla bağlı Rusiya, İtaliya və ABŞ-la təmas qurduq. İstədiyimiz cavabları həm İtaliya-Fransa ortaqlığından, həm də ABŞ-dan ala bilmədik”, - Akar bildirib.