29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Moskvadan marşala məxfi dəstək

08.03.2019

Rusiya məxfi şəkildə Liviya ordusunun rəhbəri marşal Xəlifə Xəftara yardım edib.
"Dövran Media" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ ordusunun Afrikadakı komandanlığının rəhbəri Tomas Valdhauzer deyib.
Onun sözlərinə görə, Moskva Xəftara Liviyada güclənmək üçün yardım edib. O, rusların Liviya ilə bağlı BMT çərçivəsində başladılan prosesi ictimai şəkildə dəstəklədiklərini, amma məxfi şəkildə Liviya ordusuna dəstək verdiklərini bildirib:
"Xəftarın uğurları Rusiyaya imkan verir ki, NATO-nun cənubunda mühüm əhəmiyyət kəsb edən rayonlarda möhkəmlənsin. Bu həmçinin Liviyanın keçmiş lideri Müəmma Qəzzafinin dövründə olan neft hasilatı və silah tədarükü ilə bağlı müqavilələrin yenilənməsinə imkan verəcək”.