29 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azərbaycanda 8 Mart - Beynəlxalq Qadınlar Günü QEYD EDİLİR

08.03.2019

Bu gün 8 Mart-Beynəlxalq Qadınlar Günüdür.
Bu gün dünyadakı bütün qadınlara diqqət göstərilir, qadınların üzünə sevinc qonur. Qadın xoşbəxt olunca ətrafını, bütün dünyanı səadətə bələyir.
 1910-cu ildə alman sosialist qadın Klara Setkin 8 martın dünya qadınlar günü kimi qeyd edilməsini təklif edib. 
1977-ci ildə BMT bu günü qadın günü kimi rəsmiləşdirib.
 Artıq demək olar bir əsrdir dünyanın sivil ölkələrində 8 Mart anaların, bacıların, sevgililərin günüdür. Hər il Martın 8-də dünya bir günlük sehirli bir nağıla bürünür, gül yağışına tutulur.
Qadınlar bayramı Azərbaycanda da geniş qeyd olunur. Hər il olduğu kimi, bu il də Azərbaycan Prezidenti İlham Əliyev ölkə qadınlarını 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik edib, ölkə qadınlarının təltif edilməsi haqqında sərəncamlar imzalayıb.
Azərbaycanda ölkə əhalisinin ümumi sayının 50,1 faizini və ya 4 milyon 999,1 min nəfərini qadınlar təşkil edir. 
"Dövran Media" kollektivi olaraq, bu 4 milyon,999,1 nəfərlik mələklər ordusunu təbrik edirik.
Azərbaycan Respublikası Əmək Məcəlləsinin 105-ci maddəsinə əsasən, hər il 8 mart qeyri-iş günüdür.