29 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

ABŞ Rusiyaya qarşı "buz savaşı"na BAŞLAYIR

08.03.2019

ABŞ Arktikadakı hərbi mövcudluğunu gücləndirmək və Moskvanın regiona təsirini zəiflətmək üçün geniş tədbirlər görməyə başlayır.
"Dövran Media" xəbər verir ki, bunu "Zvezda” televiziyasına müsahibəsində rusiyalı hərbi ekspert Andrey Koşkin deyib. Onun sözlərinə görə, ABŞ Arktika uğrunda aparılan yarışda Rusiyaya uduzduğunu anlayır:
"İndi NATO-nun bütün qüvvələrini Arktikaya getməyə və ABŞ üçün yol açmağa məcbur edirlər. ABŞ artıq Rusiyadan bu regionda çox geridə qalıb. Onların çox zəif Arktik donanmaları mövcuddur. Rusiyanın 41, ABŞ-ın isə 6 buzqıran gəmisi var. Bunlardan real hərəkət edə biləni yalnız "Qütb ulduzu” gəmisidir. Onlar təcili olaraq buzqıran donanma hazırlamalıdırlar, amma bizdə atom buzqıran gəmilər var ki, ona da dünyada heç kim sahib deyil”.