29 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Rusiya və Türkiyə gəmiləri QARA DƏNİZDƏ

08.03.2019

Rusiyanın Qara dəniz Hərbi Donanmasının gəmiləri Türkiyə Hərbmi-Dəniz Qüvvələri ilə birgə hərbi təlimdə iştirak edib.
"Dövran Media"nın "RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, Rusiya və Türkiyənin PASSEX  birgə hərbi təlimində Rusiyanın "Vasıliy Bıkov” patrul və minaaxtaran "Valentin Pikul” gəmiləri, Türkiyənin "Burqazada” korveti  və "Akçay” minaaxtaran gəmiləri iştirak edib.
Hərbi təlimdə Qara dəniz akvatoriyasında birgə hərəkət  və mümkün minalanmış zonaların axtarışı həyata keçirilib
Qeyd edək ki, türk hərbçilər Türkiyə Hərbi Dəniz Donanmasının 6-8 mart tarixlərində keçirdiyi "Mavi Vətən 2019” hərbi təlimi çərçivəsində Rusiyanın Novorossiysk limanına  gəliblər. Limana baş çəkmək hərbi manevrin elementlərindən biridir.