29 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Vaqif evini satdı - Borca görə

07.03.2019

"Keşlə"nin vidalaşdığı Vaqif Cavadov problem içindədi. 
Millimizin sabiq üzvü ciddi maliyyə çətinliyi yaşayır.
Həyat tərzi və bədxərcliyi üzündən bütün qazandıqları əlindən çıxan Vaqif borc içində boğulur. Xeyli adama kifayət qədər çox borcu olan Cavadov onları qaytara bilmir. Futbolçunun hətta qumara qurşanması və bu üzdən miskin duruma düşməsi haqda da yazmışdıq.
"Dövran Media" xəbər verir ki, futbolinfo.az-ın əldə etdiyi məlumata görə isə futbolçu böyük borclara görə hətta çox dəbdəbəli mənzilini satıb. "Yeni Həyat"da yarım milyon manat qiyməti olan evini satışa çıxaran Cavadov problemdən başqa çıxış yolu görməyib.
Vaqif AFFA İcraiyyə Komitəsinin üzvü, Regional Futbol Federasiyasının prezidenti, məşhur futbolçu İsgəndər Cavadovun qardaşı oğludu. Onun atası Füzuli bəy də uzun illər "Neftçi"də oynayıb.