Şairə nazirlikdə   vəzifə verildi - TƏYİNAT 
    
                          
     
                         07.03.2019
 
    
                        Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayev 9 saylı region üzrə (Lənkəran, Astara, Lerik) Dövlət Əmək Müfəttişliyinə yeni rəis təyin edib.
Unikal.org-un əldə etdiyi məlumata görə, S.Babayevin müvafiq əmri ilə 9 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinə Etibar Babalı oğlu Vəliyev təyinat alıb.
Qeyd edək ki, E.Vəliyev Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, Prezident mükafaçısı, tanınmış şair-publisistdir. O, həmçinin 20 ildir 9 saylı region üzrə Dövlət Əmək Müfəttişliyində baş əmək müfəttişi vəzifəsində çalışıb.