Əfvlə bağlı  iclas keçirildi 
    
                          
     
                         06.03.2019
 
    
                        Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.
"Dövran Media" xəbər verir ki, iclasda daxil olan növbəti müraciətlərə baxılıb.
İndiyədək 600-dən müraciətə baxılıb, növbəti iclaslarda müraciətlərin qalan hissəsinə baxılması da nəzərdə tutulur.
Komissiyaya daxil olan müraciətlərə baxıldıqdan sonra siyahı Prezident İlham Əliyevə təqdim ediləcək. Dövlət başçısının Novruz bayramı ərəfəsində əfv sərəncamı imzalayacağı gözlənilir.