29 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Rusiyadan Paşinyana: İki stulda oturmaq qəbuledilməzdir

06.03.2019

Martın 11-dən 18-ə qədər Yerevanda "NATO həftəsi” keçiriləcək. Tədbir Ermənistan–NATO İndividual tərəfdaşlıq planı çərçivəsində təşkil olunacaq. Plana əsasən, ölkə Alyansda daimi üzvlük hüququna namizəd ola bilər, NATO-nun blokdan kənarda əsas tərəfdaşı hesab edilir və müəyyən təhlükəsizlik zəmanətinə malikdir.
Lakin Ermənistan artıq digər hərbi blokun üzvüdür - Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT). KTMT-nin əsas üzvü sayılan və NATO-nun rəqibi hesab edilən Rusiyada Yerevanda okeanın digər tərəfindən gələn qonaqların qəbuluna hazırlığını narazılıqla izləyirlər.
Hərbi ekspert, "Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko hesab edir ki, eyni vaxta iki güclü hərbi blokla oyunlar Ermənistan üçün arzuolunan nəticələrlə yekunlaşmayacaq.
"Əgər Rusiya sizin strateji tərəfdaşınızdırsa, onunla işləyin. İki stulda oturmaq qəbuledilməzdir. Biz Ermənistanın xarici siyasətdə öz prioritetlərini, dost və düşmənini müəyyənləşdirməkdə imtina etmirik. Lakin, əgər siz eyni vaxtda Rusiya və Qərblə, o cümlədən, ABŞ və NATO ilə işləməyə çalışırsınızsa, bizi Azərbaycanla əlaqələrin inkişaf etdirməkdə ittiham edə bilmərsiz”, - hərbi ekspert deyib.
O qeyd edib ki, hər şeyin tez dəyişdiyi dünyada prioritetləri vaxtında müəyyən edərək onlara riayət etmək lazımdır.
"Biz Ermənistanın Suriyaya humanitar missiya göndərməsini alqışlayırıq. Mən başa düşürəm onlar bunu niyə ediblər – hazırda Ermənistan-Rusiya münasibətlərində etibarsızlıq var. Lakin o zaman ardıcıl olaraq Yerevanda NATO həftəsini ləğv etmək lazımdır. Bax onda biz deyəcəyik ki, əhsən Paşinyan”, - İqor Korotçenko bildirib.
Onun sözlərinə görə, Paşinyan əvvəldən KTMT-yə skeptik yanaşıb və bütün sonrakı addımlar təşkilata yalnız zərər gətirir.
"Cənab Paşinyan bu vəziyyəti özü yaradıb, və bu, bütövlüklə Ermənistanın vicdanındadır. Bu, KTMT-nin nüfuzuna zərbədir, və indi Paşinyan Belarus namizədini razılaşdırmaq istəmir”, - ekspert vurğulayıb.
İ,Korotçenko həmçinin qeyd edib ki, NATO yox, məhz KTMT çərçivəsində, Dağlıq Qarabağ münaqişəsini həll etmək olar, lakin "Azərbaycana təşkilatda hansısa status verilməlidir”.