29 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Quaidodan çağırış: Qızılları qaytarmayın

06.03.2019

Venesuela müxalifətinin lideri Xuan Quaido ABŞ-ın "Sitibank” maliyyə qrupuna müraciət edərək, Venesuela hökumətinin kredit götürmək üçün zamin qoyduğu qızılların qaytarılmamasını istəyib.
"Dövran Media" xəbər verir ki, bu məsələ Quaidonun müşavirləri ilə maliyyə qrupu nümayəndələri arasındakı görüşdə müzakirə edilib.
Məlumata görə, Quaido müqavilənin həyata keçirilməsinin 120 gün müddətinə təxirə salınmasını istəyib. Bundan əlavə, Quaido Venesuela Mərkəzi Bankının müqavilədə göstərilmiş müddətdə qızılı ala bilməyəcəyi halda "Sitibank”ın Venesuela qızılına iddia etməməsini tələb edib.
Müxalifət bu addımı Venesuela hökumətinin xaricdəki aktivlərinin müxalifətin nəzarətinə alınması üçün başladılan kampaniyası çərçivəsində atıb.
"Sitibank” hələlik Venesuela müxalifətinin sorğusuna cavab verməyib.