29 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

ABŞ-ın Azərbaycandakı yeni səfiri danışdı - VİDEO

06.03.2019

ABŞ-ın Azərbaycana təyin edilən yeni səfiri Erl (Li) Litsenberqer videomüraciətlə çıxış edib.
Litsenberqerin müraciəti səfirliyin rəsmi "Facebook” səhifəsində yerləşdirilib.
"Salam, mənim adım Erl Litsenberqerdir. ABŞ-ın Azərbaycanda yeni səfiri olmağıma şadam. 34 il ərzində Əfqanıstan, Əlcəzair, Belçika, Bolqarıstan, Fransa, Gürcüstan, Qazaxıstan, Qırğızıstan və Serbiya kimi ölkələrdə diplomat kimi fəaliyyət göstərmişəm.
Birləşmiş Ştatları Azərbaycanla sıx əlaqələr birləşdirir. Artıq 25 ildir ki, ölkələrimiz təhlükəsizlik, energetika, iqtisadi və demokratik inkişaf sahələrində əməkdaşlıq edirlər. Səfir kimi mən ikitərəfli münasibətlərin bütün aspektlərini inkişaf etdirməyə və əməkdaşlığın yeni sahələrini müəyyənləşdirməyə çalışacağam”, - deyə müraciətdə bildirilir.
Litsenberqer qeyd edib k, Azərbaycana həyat yoldaşı Merian ilə birlikdə gələcək.
"Biz sizinlə, Azərbaycanın mədəniyyəti və gözəl təbiəti ilə tanışlığı gözləyirik. Tezliklə Bakıda görüşərik”, - deyə o yekunlaşıdırıb.
Xatırladaq ki, ABŞ Senatı yanvar ayında Erl Litsenberqerin Azərbaycana səfir vəzifəsinə təyinatını təsdiqləyib.
E.Litsenberqerdən əvvəl ABŞ-ın Azərbaycandakı diplomatik missiyasına Robert Sekuta başçılıq edirdi.