29 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Səhiyyə işçilərinə ŞAD XƏBƏR

06.03.2019

Növbəti ildən etibarən ölkədə icbari tibbi sığorta sisteminin tətbiq edilməsi ilə səhiyyə müəssisələrində çalışan işçilərin əmək haqlarının artırılması, onların göstərdikləri səhiyyə xidmətlərinə görə əlavələrin verilməsi nəzərdə tutulur.
"Dövran Media"nın xəbərinə görə, bu, Nazirlər Kabinetinin 2018-ci il fəaliyyəti haqda hesabatında öz əksini tapıb.
Hesabatda qeyd olunub ki, Nazirlər Kabinetinin 2018-ci il 4 dekabr tarixli 810s nömrəli sərəncamı ilə Azərbaycanda əməyin ödənişi və dayanıqlı sosial ödənişlər sisteminin formalaşdırılması məqsədilə aidiyyəti dövlət orqanlarının nümayəndələrindən ibarət İşçi Qrupu yaradılıb. İşçi Qrupu tərəfindən bu istiqamətdə müvafiq təkliflərin hazırlanaraq təqdim edilməsi nəzərdə tutulur.