29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Maduro tərəfdarlarını meydana səslədi

06.03.2019

Venesuela Prezidenti Nikolas Maduro müxalifətin lideri Xuan Quaidonun xalqı küçələrə dəvət etməsinə eyni şəkildə qarşılıq verib.
"Dövran Media" xəbər verir ki, Maduro martın 9-da tərəfdarlarını nümayişə dəvət edib.
Uqo Çavesin ölümünün 6-cı ildönümü münasibətilə paytaxt Karakasda təşkil olunan tədbirdə çıxış edən Maduro eks-prezident Barak Obamanın 2015-ci ilin martın 9-da ABŞ-ın Venesuelanı milli təhdid olaraq elan etdiyi qərarnaməni imzaladığını xatırladıb.
Maduro sözügedən hadisəni "bolivarçı anti-imperialist gün” olaraq gördüyünü bildirərək, "Şənbə günü küçələrdə olacağıq” deyib.
8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə qadınları küçələrə çıxmağa çağıran Maduro həmçinin həmin gün əhəmiyyətli açıqlamar verəcəyini söyləyib.
Xatırladaq ki, bir qədər əvvəl Venesuela Prezidenti Nikolas Maduronun təyyarəsinin ölkəni tərk edərək, Kubaya eniş etdiyi iddia edilmişdi. Təyyarənin kimi apardığı bilinmir.