Bakıda dörd şəxsiyyətə  heykəl qoyulacaq 
    
                          
     
                         05.03.2019
 
    
                        Bakıda Cəlil Məmmədquluzadə, Hacı Zeynalabdin Tağıyev, memarlar Sabir Dadaşov və Mikayıl Hüseynovun heykəllərinin ucaldılması məsələsi müzakirə edilir.
"Dövran Media" xəbər verir ki, bunu mədəniyyət naziri Əbülfəs Qarayev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, heykəllərin ucaldılması üçün memarlar müsabiqə yolu ilə seçiləcək:
"Görüşdə dörd nəfərin heykəlinin ucaldılması məsələsi qaldırmışdı. Bu yaxınlarda ilkin layihə üçün müsabiqə elan ediləcək. Həm memarlar, həm də heykəllərin hansı ərazilərdə ucaldılması ilə bağlı yekun qərar veriləcək. Bundan sonra ictimaiyyətə açıqlama verə biləcəyik”.