29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Qurban Qurbanov 515-ci yerə düşüb

05.03.2019

Dünyanın ən güclü 1000 məşqçisinin növbəti reytinq siyahısı açıqlanıb.
Xəbər verildiyi kimi, siyahıda Azərbaycanın yeganə təmsilçisi Qurban Qurbanov qəraraşıb.
"Qarabağ"ın baş məşqçisinin mövqeyində növbəti dəyişiklik olub. O, ötən həftə olduğu kimi, yenə geriləyib. Hesabındakı 1073 xal olduğu kimi qalsa da, Qurbanov 8 pillə geriləyərək, 515-ci yerə düşüb.
İlk "üçlük"də bu dəfə də dəyişiklik olmayıb. "River Pleyt"in çalışdırıcısı Marselo Qalyardo liderliyini davam etdirir. Aktivinə daha 376 xal əlavə edən Qalyardonu (14632) ikinci yerdə qərarlaşan "Barselona"nın çalışdırıcısı Ernesto Valverde izləyir. Valverde hazırda həmkarından cəmi 3 xal geri qalır - 14629. İlk "üçlüy"ü "Atletiko"nun baş məşqçisi Dieqo Simeone (12463) qapayır.