29 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Tacikistanda Novruz bayramının emblemi və rəmzi təsdiq edilib - FOTO

05.03.2019

"Dövran Media" Azərtac-a istinadən xəbər verir ki,Tacikistan Prezidenti Emoməli Rəhmon 2019-cu ildə keçiriləcək Beynəlxalq Novruz bayramının emblemini və rəmzini təsdiq edib. 
Emblem dairəvi formadadır, Yer kürəsini simvolizə edir və ətraflarında iki qaranquş təsvir edilib. Aşağıda sağda və solda isə dövlət bayrağı, ortada səməni verilib və "Novruz-2019” sözləri yazılıb.
Novruzun rəmzi isə üst-üstə yeddi dairədən ibarətdir ki, bu da göy qübbəsini simvolizə edir və hər dairə milli ornamentlərlə bəzədilib. Sonuncu dairədə səməni təsvir olunub ki, bu da təbiətin oyanmasını bildirir.
Novruz bayramı emblemi və rəmzi Düşənbədə, habelə ölkənin digər şəhər və rayonlarında park və xiyabanları bəzəyəcək, idarələrin qarşısında qoyulacaq.