19 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Anar təltif edilib

13.03.2018

Prezident İlham Əliyev Anar Rəsul oğlu Rzayevin "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Anar Azərbaycan mədəniyyətinin inkişafı və təbliğində uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif edilib.

Ssenari müəllifi və quruluşçu rejissor olduğu bədii filmlər:
Sözsüz mahnı (film, 1972) (ssenari müəllifi) (quruluşçu rejissor)
Evləri köndələn yar (film, 1982) (ssenari müəllifi)
İmtahan (film, 1987) (ssenari müəllifi);
Əlaqə (film, 1989) (ssenari müəllifi);
Təhminə (film, 1993) (ssenari müəllifi);
Otel otağı (film, 1998) (ssenari müəllifi);
Nigarançılıq (film, 1998) (ssenari müəllifi)
Cavid ömrü (film, 2007) (ssenari müəllifi)
Sübhün səfiri (film, 2012) (ssenari müəllifi)

Əsərləri əsasında çəkilmiş bədii filmlər:
Hər axşam saat 11-də (film, 1969) SSRİ, Mosfilm (Anarın "Mən, sən, o və telefon" əsəri əsasında)
Beşmərtəbəli evin altıncı mərtəbəsi (film, 1996) (Anarın eyniadlı romanı əsasında);
Sizə məktub var (film, 1998) (Anarın "Mən, sən, o və telefon" əsəri əsasında)
Aktyorun əsgisi (film, 2004) TRT. Türkiyə. (Anarın "Dantenin yubileyi" povesti əsasında) (ssenari müəllifi Atilla Engin, quruluşçu rejissor Feyzi Tuna, operator Koksan Kolkal, bəstəkar İlyas Mirzəyev. Rollarda Fərhan Şensoy, Suna Kesgin, Rasim Öztəkin və b.);
Tilsim (film, 2005) (Anarın "Vahimə" hekayəsi əsasında).
"Ve telefon". Türkiyə. (Anarın "Mən, sən, o və telefon" əsəri əsasında); rejissor Nuran Evren.
Mən, sən, o və telefon (film, 2014) (Anarın eyniadlı əsəri əsasında)
Ssenariləri əsasında çəkilmiş sənədli filmlər
Aşıqlar (film, 1983) (ssenari müəllifi);
Daş saatın səsi (film, 1985) (ssenari müəllifi);
Dədə Qorqud dühası (film, 1999) (ssenari müəllifi);
Dağ dağa rast gəlməz. (Mozalan süjeti) (ssenari müəllifi).
Ssenariləri əsasında çəkilmiş televiziya filmləri[redaktə
Qədim Gəncə, Yeni Gəncə (1981) (ssenari müəllifi) (rejissor Arif Qazıyev);
Bu, Mircavaddır (film, 1987) (ssenari müəllifi);
Dirsə xanın oğlu Buğacın boyu (film, 2000)
Salur Qazanın evi talandığı boy (film, 2001)
Ssenariləri əsasında çəkilmiş cizgi filmləri[redaktə
Basatın igidliyi (film, 1988) (ssenari müəllifi).
İdeyası əsasında çəkilmiş filmlər[redaktə
Evləri göydələn yar (film, 2010) (ideya və süjet)
Haqqında çəkilmiş sənədli filmlər
Anarla üz-üzə (film, 1988) (Mərkəzi Televiziyanın sifarişi ilə Anar haqqında çəkilmiş iki hissəli sənədli film. Azərbaycantelefilm. Ssenari müəllifi Zeynal Məmmədov, rejissor Ramiz Mirzəyev (Həsənoğlu), operator Adil, bəstəkar Cavanşir Quliyev. Bəstəkarın ifasında səslənən mahnının sözləri Rəsul Rzanındır).
Anarın anları (film, 2008) tammetrajlı sənədli telefilm, rejissor Ramiz Həsənoğlu

Mükafatları:
Azərbaycan SSR əməkdar incəsənət xadimi —
Azərbaycan SSR Dövlət mükafatı
Azərbaycan Respublikasının Xalq şairi
"İstiqlal" ordeni
"Şöhrət" ordeni
"Şərəf" ordeni
Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü
"Heydər Əliyev Mükafatı"
"Humay" mükafatı