29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Tikinti sahəsində gözlənilən dəyişikliklər

05.03.2019

Azərbaycanda müvafiq qurumlar tikinti fəaliyyəti sahəsində göstərdikləri xidmətləri ödənişli əsaslarla həyata keçirəcəklər.
Bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən Şəhərsalma və Tikinti Məcəlləsinə dəyişikliklərdə öz əksini tapıb.
Dəyişikliklərə əsasən, tikinti layihələrinin şəhərsalma sənədlərinə uyğunluğunun yoxlanılmasına, habelə siyahısını, məbləğini və tətbiqi hallarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi tikinti fəaliyyəti sahəsində müvafiq qurumlar tərəfindən göstərilən digər xidmətlərə görə haqq ödənilməlidir.
Bu dəyişikliklər müvafiq qurumlar tərəfindən tikinti layihələrinin şəhərsalma sənədlərinə uyğunluğunun yoxlanılmasının və tikinti fəaliyyəti sahəsində göstərdikləri xidmətlərinin ödənişli əsaslarla həyata keçirilməsini nəzərdə tutur.
Hazırda Məcəllədə ödənişlər yalnız tikinti layihələrinin ekspertizadan keçirilməsi üçün nəzərdə tutulub.
Digər dəyişikliklər şəhərsalma fəaliyyətinin tənzimlənməsi və təkmilləşdirilməsi ilə bağlıdır.
Yeni qanun layihəsində deyilir ki, tikintiyə icazə verilərkən əvvəlcə tikinti layihəsinin şəhərsalma sənədlərinə uyğunluğunun yoxlanılması təklif edilir. Rəy müsbət olduqda isə müvafiq rəylərin verilməsi üçün sorğu göndəriləcək.
Layihədə şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət orqanlarında işləyən əməkdaşların sosial müdafiəsinin gücləndirilməsi üçün Məcəlləyə müvafiq əlavələrin edilməsi də təklif olunur. Bu əlavəyə görə, Məcəllənin tələblərinin pozulmasına görə İnzibati Xətalar Məcəlləsinə əsasən tətbiq edilən cərimələrdən toplanan vəsaitin 50 faizi işçilərin sosial müdafiəsinin gücləndirilməsinə sərf ediləcək.
Dəyişikliklər səsə qoyularaq qəbul edilib.