19 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Eldar Əzizov: 98 evdən yalnız birinin sənədi var

13.03.2018

"Bayılda sürüşmə sahəsində yaşayan sakinlərə ailənin tərkibinə görə kirayə haqları verilir".
Bunu Səbail rayon icra hakimiyyətinin başçısı Eldar Əzizov deyib. E. Əzizov qeyd edib ki, təhlükəli ərazilərdəki mənzillərin sakinləri köçürüləcək: "Kompensasiyanın verilməsi işinə Maliyyə Nazirliyi baxır. Ərazidəki 98 evdən yalnız birinin sənədi var. Sürüşmə sahəsindəki evlər qanunsuz tikilib. Məsələ ilə bağlı Bakı şəhər prokurorluğuna müraciət etmişik, onlar iş aparır. Çalışacağıq ki, bu məsələ öz həllini tapsın".
İcra başçısı evləri qəzalı vəziyyətə düşən sakinlərə veriləcək kompensasiyanın məbləğini açıqlamayıb.
"DM"