Yüzlərlə ailə sərhədyanı bölgədən   köçürüldü 
    
                          
     
                         04.03.2019
 
    
                        																				 Pakistan yüzlərlə ailəni Hindistanla sərhədyanı Azad Kəşmir bölgəsindən köçürüb.
Dünya KİV-nin verdiyi xəbərə görə, hökumət Kəşmirdə hüdud xəttində silahlı qarşıdurmanın dinc sakinlərə təhlükə yarada bilıəcəyindən ehtiyat edir.
Məlumata görə, rəsmi İslamabadın yaratdığı sığınacağa 200 pakistanlı ailə yerləşdirilib. Sığınacağa ərzaq, geyim və dərman vasitələri çatdırılıb.
Xatırladaq ki,  Kəşmirdə vəziyyət gərgin olaraq qalır.