Bu şirkətlər vergidən   azad olunacaq 
    
                          
     
                         04.03.2019
 
    
                        					Apreldə təşkili nəzərdə tutulan vergilərlə bağlı konfransa UEFA nümayəndəsi də dəvət olunacaq.
"Dövran Media" report-a istinadən bildirir ki, bu barədə milli assosiasiyanın baş katibi Elxan Məmmədov açıqlama verib.
O bildirib ki, iclasda yerli və xarici şirkətlərin iştirakı nəzərdə tutulub. Baş katib Vergilər Nazirliyinin güzəştlərindən futbolda da yararlanmaq istədiklərini diqqətə çatdırıb: "Şirkətlər gəlirlərin 10 faizini futbola sərf edərək, vergidən azad olunacaqlar. Əvvəllər belə imkan yox idi. İndi isə bu dəyişiklikdən sonra əlavə mənbələrin gəlişi imkanı olacaq".