09 05 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

NATO-dan Ankaraya gözlənilməyən JEST

13.03.2018

Rusiyadan S-400 komplekslərini almaq Türkiyənin suveren hüququdur.
"Dövran Media"xəbər verir ki, bunu "Anadolu” agentliyinə açıqlamasında NATO Baş katibi Yens Stoltenberq söyləyib.
"NATO müttəfiqləri hansı silaha yatırım etməklə bağlı özləri qərar verirlər. NATO üçün vacib olan fərqli döyüş sistemlərinin qarşılıqlı fəaliyyət imkanlarıdır. S-400-ün NATO-ya inteqrasiyası haqqında sorğu hələlik təşkilata göndərilməyib. Bu sistemin inteqrasiyası elə də asan iş deyil.
Biz Türkiyənin təhlükəsizliyinin təminatında aktiv iştirak edirik. NATO Türkiyəyə AWACS radiolokasiya sistemləri ilə təchiz olunan təyyarələr göndərib. Həmçinin burada "Patriot" və SAMP-T zenit raket komplekslərinin sayını artırmışıq. Türkiyənin öz təhlükəsizliyi sahəsində qayğılarını NATO-da hər kəs anlayır”, – deyə o bildirib.