07 05 2024-cu il Bakı 12 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Salanın ölümü ilə bağlı FAKT

03.03.2019

"Kardif Siti”nin həlak olan futbolçusu Emiliano Salanın qəzaya düşdüyü təyyarənin pilotu uçuş kurslarını bitirməyib və nəqliyyat vasitəsini istifadə etmək hüququna sahib olmayıb.
"Dövran Media" xəbər verir ki, bu barədə "İndependent” informasiya yayıb.
Məlumata görə, 59 yaşlı Devid İbbotson Avropa Birliyi ərazisində kommeriya uçuşları həyata keçirmək hüququna sahib olmayıb. Pilot yalnız ABŞ və Böyük Britaniyada uçuş üçün lisenziyaya sahib olub.
2012-2014-cü illərdə uçuş kurslarında oxuyan pilot yekun imtahanı verməyib. Bundan əlavə onun idarə etdiyi təyyarə ABŞ-da qeydiyyatda olub. Bu isə o demək olub ki, ölkə xaricində uçuş həyata keçirmək üçün onun ABŞ hökumətinin xüsusi icazəsinə ehtiyacı olub, lakin bununla bağlı heç bir rəsmi icazə alınmayıb.