Almaniya bu sahəyə 60 milyard   XƏRCLƏYƏCƏK 
    
                          
     
                         03.03.2019
 
    
                        					Almaniyanın avtomobil şirkətləri elektrik mühərrikli avtomobil istehsalına böyük həcmdə sərmayə qoyacaq.
"Dövran Media"nın "Alman dalğası” radiosuna istinadən verdiyi məlumata görə, bunu Alman Avtomobil Sənayesi Birliyinin sədri Bernhard Mattes bəyan edib.
B. Mattes qarşıdakı 3 il ərzində elektromobil sahəsinin inkişafına 40 milyard avro sərmayə qoyulacağını açıqlayıb. Əlavə olaraq 18 milyard avro bu sahədə rəqəmsallaşma və avtonom idarəetmə ilə əlaqədar xərclənəcək. Bu müddət ərzində Almaniyanın avtomobil şirkətləri istehsal edilən elektromobillərin sayını 3 dəfə artıraraq 100 modelə çatdırmağı qarşıya məqsəd qoyublar. B. Mattes qeyd edib ki, elektromobillər Avropada sürətlə yayılmağa başlayıb, başqa yolla Avropa İttifaqında atmosferə buraxılan  karbondioksit qazının həcmini azaltmaq mümkün deyil. Alman Avtomobil Sənayesi Birliyinin sədri elektromobillərin bağlı infrastrukturun da inkişaf etdirilməsinin zəruri olduğunu vurğulayıb./ona/