09 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

ABŞ-la razılaşdıq: Biz ora giririk... - Çavuşoğlu

13.03.2018

Menbiçin taleyi oranın əhalisindən asılı olacaq. Tutaq ki, burada əhalinin 90 faizi ərəbdirsə, şəhəri ərəblər idarə edəcək.
"Dövran Media" xəbər verir ki, bu sözləri Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.
"Heç bir halda YPG-nin burada möhkəmlənməsinə icazə verilməyəcək. Bizim tələbimiz budur! Bu siyasəti ABŞ-la birlikdə həyata keçirəcəyik. Menbiçdə bir model yaradacağıq və daha sonra bunu başqa bölgələrə də tətbiq edəcəyik. YPG terror təşkilatı Menbiçdən çıxdıqdan sonra oranın təhlükəsizliyini ABŞ və Türkiyə hərbçiləri təmin edəcək”, - Çavuşoğlu bildirib.
Qeyd edək ki, ABŞ Dövlət katibi Reks Tillerson Türkiyəyə səfəri zamanı Menbiçdə Ankara ilə birgə təhlükəsizliyə nəzarət etmək barədə təklif irəli sürmüşdü.