20 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Əzizovdan jurnalistlərə AÇIQLAMA

02.03.2019

Son günlər ərzində prezident tərəfindən çox əhəmiyyətli qərarlar qəbul edilir. Bu gün ölkədə həyata keçirilən islahatların analoqu yoxdur.
"Dövran Media" xəbər verir ki, bu sözləri Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov jurnalistlərə açıqlamasında deyib.
"Vətəndaşların problemli kreditlərinin həll edilməsi ilə bağlı imzalanan fərman adi bir məsələ deyil. Bu onu göstərir ki, Azərbaycan iqtisadi baxımdan qüdrətli dövlət kimi formalaşıb. Bu gün ölkəmizdə inkişaf, sabitlik müşahidə edilir. Qafqaz bölgəsində və müharibə şəraitində yaşamağımızı nəzərə alaraq, bu cür qərarların qəbulunu tarixi nailiyyət və Prezidentin uğurlu siyasətinin nəticəsi kimi dəyərləndirməliyik".