03 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Çindən ölkəmizə turist axını olacaq

01.03.2019

Dövlət Turizm Agentliyi və Çinin Mədəniyyət və Turizm Nazirliyi arasında "Cinli turistlərin Azərbaycana qrup səfərlərinin sadələşdirilməsi haqqında Anlaşma Memorandumu”na əsasən yaxın illərdə Azərbaycana gələcək çinli turistlərin sayı 200 min nəfərə çata bilər.
"Dövran Media" bildirir ki, Trend-in məlumatına görə, bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bildirib.
Onun sözlərinə görə, 2018-ci ildə bu istiqamətdə 50% artım müşahidə olunub:
"İndi isə biz Çindən Azərbaycana bir neçə dəfə çox turist gələcəyini deyə bilərik. Çin ölkəmizə turistlərin cəlb edilməsi üçün əsas prioritet bazarlardan biri seçilib. Ümumilikdə, 12 hədəf istiqamət mövcuddur. Bura həm post sovet məkanı, həm Asiya, həm Avropa, həm Yaxın Şərq daxildir. Çin də daxil olmaqla artıq altı ölkədə Azərbaycanın rəsmi turizm nümayəndəliyi fəaliyyət göstərir. Yaxın gələcəkdə daha 4 ölkədə nümayəndəliyimiz açılacaq”.
F.Nağıyev əlavə edib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən formalaşmaqda olan turizm sənayesinin iştirakçıları Azərbaycana gələn turistlərin 2 dəfəyədək artmasını təmin etməlidirlər. Bununla yanaşı turistlərin məmnunluğu ən yüksək səviyyədə təmin olunmalıdır.
Qeyd edək ki, bu gün Pekində "Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi və Çin Xalq Respublikası Mədəniyyət və Turizm Nazirliyi arasında çinli turistlərin Azərbaycan Respublikasına qrup səfərlərinin sadələşdirilməsi haqqında Anlaşma Memorandumu” imzalanıb.
Memorandum sənədini Azərbaycan tərəfindən Agentliyin sədri Fuad Nağıyev, Çin tərəfindən isə ÇXR-in mədəniyyət və turizm nazirinin müavini Janq Syu imzalayıb.
Sənəd 27 fevral-1 mart tarixlərində Pekin şəhərində "Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyası”nın 7-ci iclası çərçivəsində imzalanıb.