29 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

"Neft Daşları"nda yeni layihə

01.03.2019

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) "Neft Daşları" yatağında "Mayak" layihəsinin icrasına hazırlaşır.
"Dövran Media" bildirir ki, bunu Trend-ə SOCAR-ın İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Əhmədov deyib.
"Mayak" layihəsi neft və qaz hasilatı sahəsində məhsuldarlığın artırılmasına istiqamətlənib.
İ.Əhmədov bildirib ki, hazırda "28 May" və "Abşeronneft" neft-qaz çıxarma idarələri çərçivəsində yeni təşəbbüslərin, təkliflərin öyrənilməsi davam etdirilir və Neft Daşlarında layihənin icrasına hazırlıq gedir.
Şirkət rəsmisi qeyd edib ki, ümumilikdə gələcəkdə bu layihənin bilavasitə SOCAR-ın operativ idarələri tərəfindən işlənən bütün neft-qaz və qaz-kondensat yataqlarında həyata keçirilməsi mümkündür.
"Mayak" layihəsi SOCAR-ın "Azneft" İstehsalat Birliyinin "McKinsey&Company" şirkəti ilə əməkdaşlığı çərçivəsində həyata keçirilir.
Layihənin pilot hissəsi "28 May" NQÇİ-də reallaşdırılıb.