29 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Avtobusda pulsuz "Wi-Fi" xidməti

28.02.2019

"Xaliq Faiqoğlu" MMC 65 saylı marşrut xətti üzrə hərəkət edən avtobuslarda pulsuz "Wi-Fi" xidmətini işə salıb.
Daha əvvəl 18 və 85 saylı marşrut xətt avtobuslarında da pulsuz "Wi-Fi" xidməti işə salınmışdı. Sərnişinlər bir dəfə qeydiyyatdan keçməklə istənilən vaxt (qeydiyyatdan keçdikləri cihazla) ödənişsiz internetə qoşula bilərlər. Beləliklə, pulsuz internet xidmətinin aktivləşdirildiyi avtobusların sayı 50-yə çatdırılıb.
Şirkətə məxsus olan hər hansı avtobusda pulsuz "Wi-Fi "xidmətinə qoşulmuş şəxslər MMC-nin istismarında olan digər marşrut xətlərindən istifadə edərkən qeydiyyatdan keçməli olmayacaq və mobil cihazları avtomatik olaraq internetə qoşulacaq.
Qeyd edək ki, "Xaliq Faiqoğlu" Bakı ərazisində sərnişindaşıma ilə məşğuldur. Şirkətin nəqliyyat parkı 14 marşrut xətti üzrə hərəkət edən 300 avtobusdan ibarətdir.