29 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Şahzadə Bakıya gələcək

28.02.2019

Səudiyyə Ərəbistanı şahzadəsi Turki əl-Faysal mart ayında Bakıya gələcək.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzindən Trend-ə verilən məlumata görə, o, VII Qlobal Bakı Forumunda iştirak edəcək.
Türki əl-Faysal Səudiyyə Ərəbistanı Kral Faysal Araşdırma və İslami Çalışmalar Mərkəzinin sədridir. O, Səudiyyə Ərəbistanının Amerika Birləşmiş Ştatları və Böyük Britaniyada səfiri vəzifəsində də çalışıb. Turki əl-Faysal 2017-ci ildə Bakıda keçirilmiş V Qlobal Forumda da iştirak edib.
Xatırladaq ki, mart ayının 14-16-da keçiriləcək VII Qlobal Bakı Forumunun əsas mövzusu "Dünyanın yeni xarici siyasəti” olacaq. 450-dək qonağın iştirak edəcəyi Forumda "Qlobal siyasətin dəyişməsində böyük güclərin rolu”, "Davamli inkişaf çağırışları”, "Təhlükəsizlik naminə orta şərq əməkdaşlığı”, "Müasir qərarların qəbul edilməsində elm və mədəniyyətin rolu” və digər mövzularda panel iclasları olacaq.