09 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Türk ordusu bu ölkəyə də girir: İLK HƏDƏF

13.03.2018

Türkiyə ordusunun İraqda PKK-ya qarşı həyata keçirəcəyi əməliyyatların detalları məlum olub.
"Dövran Media" xəbər verir ki, "Star” qəzetinin araşdırmasına görə, Türkiyə İraqda mayın 12-də baş tutması gözlənilən parlament seçkilərindən sonra hərəkətə keçəcək. Əməliyyat zamanı Türkiyə havadan, İraq ordusu isə qurudan terrorçu hədəflərini vuracaq.
İlk mərhələdə PKK üçün mühüm əhəmiyyət daşıyan Sincar bölgəsinə zərbə endiriləcək. Daha sonra isə Kandil əməliyyatı başlayacaq. Bu əməliyyatda Türkiyənin pilotsuz uçan aparatları vasitəsilə PKK hədəflərini darmadağın edəcəyi bildirilib.
Qeyd edək ki, Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Afrin hərəkatından sonra İraqda da PKK-ya qarşı əməliyyata başlayacaqlarını açıqlamışdı.