02 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

BDU müsabiqə elan edir

28.02.2019

BDU "Yubiley loqosu” müsabiqəsi elan edir
2019-cu ildə Şərqin ilk dünyəvi ali məktəbi olan Bakı Dövlət Universitetinin təsis edilməsinin 100 illik yubileyi tamam olur. Universitetdən verilən məlumata görə, bu münasibətlə BDU "Yubiley loqosu”nun tərtibatı üzrə müsabiqə elan edir. Loqo müasir və beynəlxalq standartlara cavab verməli, dizaynda 100 illik fəaliyyət əks edilməlidir. Müsabiqəyə indiyə qədər istifadə edilməyən və digər loqoların elementlərini təkrarlamayan orijinal nümunələr təqdim olunmalıdır.
Loqonun eskizi [email protected] elektron ünvanına "Yubiley loqosu” yazılmaqla göndərilməlidir.
Qaliblər, həmçinin müsabiqədə fərqlənən digər müəlliflər də mükafatlandırılacaq, universitetin 100 illik yubiley tədbirlərinə dəvət ediləcək və ən yaxşı loqolar yubiley ərəfəsində təşkil ediləcək tədbirlərdə nümayiş etdiriləcəkdir.