06 05 2024-cu il Bakı 13 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Pakistan Hindistan qəsəbələrini atəşə tutdu

28.02.2019

Pakistan ordusu Hindistanın şimalındakı yaşayış məntəqələrini atəşə məruz qoyub.
"Dövran Media" xəbər verir ki, bu məlumatı "Asian Nyus İnternəşnl” saytı yayıb. Məlumata görə, Pakistan hərbçiləri Punç adlanan ərazini atəşə tutub. Hücumun Bakı vaxtıyla 02:30-da gerçəkləşdiyi bildirilib.
Hələlik insident nəticəsində tələfatın olub-olmadığı bilinmir.
Qeyd edək ki, Hindistan və Pakistan arasında münasibətlər Cammu və Kəşmir ştatında Hindistan hərbçilərinə qarşı törədilən teraktdan sonra kəskinləşib. Bu teraktın ardınca Hindistan Pakistandakı terror təşkilatının təlim düşərgəsinə zərbə endirib. Bundan sonra Pakistan 2 Hindistan təyyarəsini vurub, Dehli isə İslamabada aid bir qırıcını məhv edib.